Yaponiyada tapılan "ruhlar gəmisi" ölkənin gündəmi olub
29.12.2019 13:13 Hadisə

Yaponiyada tapılan "ruhlar gəmisi" ölkənin gündəmi olub

Yerli medianın “ruhlar gəmisi” olaraq adlandırdığı gəmidə çoxlu sayda cəsəd və bədən üzvləri tapılıb.

"MediaPost" xəbər verir ki, Yaponiyanın hakimiyyət nümayəndələri hadisə ilə bağlı araşdırmanın aparıldığı bir vaxtda gəmidə 5 insan cəsədi və iki kəsilmiş baş tapdıldığını açıqlayıb.

Hadisəni araşdıran istintaq qrupu mətbuata açıqlama verərkən bildiriblər ki, kəsilmiş başların kimə aid olduğunu hələ müəyyənləşdirə bilməyiblər.

Yerli media nümayəndələri “cəsədlərin sümükləri görünürdü, çox güman ki, uzun müddətdir gəmidə qalıblar” – deyə açıqlama verib.

"MediaPost"





Xəbərlər departamenti

Gündəm