Yaponiyada taxtın varisi elan edilib
09.11.2020 13:58 Dünya

Yaponiyada taxtın varisi elan edilib

Yaponiya şahzadə Akişinonu taxtın varisi elan edib.

"MediaPost" xəbər verir ki, mərasim 8 noyabrda, Tokiodakı İmperator Sarayında baş tutub. Mərasimdə İmperator və İmperatriça ilə yanaşı, kral ailəsinin çoxsaylı üzvləri, Baş nazir Yoşihide Suga və xarici səfirliklərin nümayəndələri iştirak edib.

Qeyd edək ki, mərasim aprel ayına planlaşdırılsa da, koronavirus pandemiyası səbəbilə təxirə salınmışdı.

Anara Mikail

Gündəm