Yaponiyanın yeni Baş naziri seçildi
16.09.2020 09:41 Dünya

Yaponiyanın yeni Baş naziri seçildi

Yaponiyanın Liberal Demokratik Partiyasının prezidenti Yoşihide Suqa Nümayəndələr Palatasında keçirilən fövqəladə iclasda ölkənin yeni Baş naziri seçilib.

"MediaPost" xəbər verir ki, səsvermədə iştirak edən 465 Şuugiin üzvündə 314-ü Suqaya səs verib. O, Baş nazir vəzifəsini 2021-ci ilin sentyabr ayınadək icra edəcək.

Qeyd edək ki, həftəiçi keçirilən Liberal Demokratik Partiyası səsverməsində 534 səsdən 377-sini qazanan Suqa partiyanın prezidenti seçilib.

 

Anara Mikail

Gündəm