Yaqub Mahmudov vəzifəsindən azad edildi
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun direktoru Yaqub Mahmudov vəzifəsindən azad olunub.
"MediaPost"un məlumatına görə, bu barədə AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında qərar verilib.
O qeyd edib ki, akademik Y.Mahmudov bu gün öz ərizəsi ilə işdən azad edilib: "Y. Mahmudov növbəti əmrlə AMEA prezidentinin müşaviri təyin edilib".