Yaralı hərbçimiz: "Atam şəhid olan yerdə yaralansam da, qisasını aldım" - <span>VİDEO</span>
13.11.2020 18:28 Sosial

Yaralı hərbçimiz: "Atam şəhid olan yerdə yaralansam da, qisasını aldım" - VİDEO

"Bizim məqsədimiz işğal olunan torpaqları geri qaytarmaq idi".

"MediaPost" xəbər verir ki, bu sözləri AzTV-yə müsahibəsində Qarabağ uğrunda gedən döyüşlərdə yaralanan və hazırda xəstəxanada müalicə alan əsgər, zabitlərimiz bəyan ediblər. 

Atası 1993-cü ildə Füzuli rayonunda şəhid olan hərbçi, Atamoğlan Əbülfətoğlu eyni istiqamətdə gedən döyüşlərdə yaralanıb: "Buna baxmayaraq atamın qisasını aldım. Fəxr edirəm ki, atam döyüşdüyü və şəhid olduğu torpaqda mən də döyüşüb və onun geri alınmasında bir payım oldu".

AzTV-yə Qarabağ uğrunda gedən döyüşlərdə yaralanan və hazırda xəstəxanada müalicə alan digər əsgər, zabitlərimiz də danışıblar.

 

Xəbərlər departamenti

Gündəm