“Yardımın 210 milyonluq hissəsi qənaətlər hesabına ödənilir” - Nazir
07.08.2020 09:29 Gündəm Cəmiyyət

“Yardımın 210 milyonluq hissəsi qənaətlər hesabına ödənilir” - Nazir

“Bu dörd ödəniş çərçivəsində 190 manatlıq ödəniş üçün dövlət tərəfindən ümumilikdə 333 milyon manat  vəsait ayrılıb”.

 “MediaPost” xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

“Xüsusi olaraq vurğulayım ki, bu ödənişin 210 milyonu məhz Dövlət Sosial Müdafiə fondunun keçən il aparılan struktur dəyişiklikləri, islahatlar, şəffaflaşma və saxta işlərin ləğvi nəticəsində əldə edilmiş, bu il də əldə edilən qənaətlər hesabına ödənilir”, - deyə nazir söyləyib.

Billurə Yunus / "MediaPost"

Xəbərlər şöbəsi

Gündəm