Azərbaycanda silahlı insident: ata və oğlu güllələndi
27.02.2020 11:38 Kriminal

Azərbaycanda silahlı insident: ata və oğlu güllələndi

"Report"un Cənub Mərkəzinin verdiyi məlumata görə, hadisə rayonun Eçara kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin ərazisində odlu silahdan açılan atəş nəticəsində hələlik şəxsiyyəti məlum olmayan iki nəfər ölüb. Onların ata və oğul olduğu bildirilir.

Hadisənin torpaq mülkiyyətinin bölünməsi üstündə yaranan münaqişə zəmnində baş verdiyi ehtimal edilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm