Yasamalda elektrik enerjisinin təchizatı dayandırılacaq
16.01.2020 16:13

Yasamalda elektrik enerjisinin təchizatı dayandırılacaq

Sabahdan Yasamal rayonu ərazisindəki A.Şaiq, L.Tolstoy, Ç.Mustafayev, M.Əliyev, A.Qarayev, Şahbazi küçələlərinin kəsişdiyi bəzi ərazilərdə elektrik enerjisinin təchizatı müəyyən müddətə qədər dayandırılacaq.

“Azərişıq” ASC-nin mətbuat xidmətindən MediaPosta-a bildirilib ki, buna səbəb, köhnə Sovetski adlanan ərazidə davam edən abadlıq və yenidənqurma işləri, köhnəlmiş elektrik veriliş xəttlərinin və yeraltı kabel xətlərinin (elektrik enerjisi infrastrukturunun yenidən qurulması) yenilənməsidir.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm