Yasamalda iki nəfər maşında güllələnib - TƏFƏRRÜAT
Mediapost.az APA-ya istinadən xəbər verir ki, hadisə Şərifzadə küçəsində qeydə alınıb.
Binəqədi rayon sakini, 1989-cu il təvəllüdlü Muradov Zülfü İlqar oğlu naməlum şəxs tərəfindən idarə etdiyi 10-OP-021 dövlət qeydiyyat nişanlı "VAZ 2121" ("Niva") markalı avtomobilində tapança ilə güllələnib. Ona ümumilikdə dörd güllə vurulub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
"Niva" markalı avtomobildə daha bir nəfər - sərnişin İlkin Babayev də güllələnib.
Bildirilir ki, o, xəsarətini diz nahiyəsindən alıb. İ.Babayev xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.
Fakt araşdırılır.
Mediapost.az