Yasamalda iki nəfəri güllələyən şəxs tutulub - FOTO
23.12.2019 14:33 Hadisə

Yasamalda iki nəfəri güllələyən şəxs tutulub - FOTO

Mediapost.az xəbər verir ki, dekabrın 22-si gecə saatlarında Yasamal rayonu, Şərifzadə küçəsində əvvələr məhkum olunanlar – 1987-ci il təvəllüdlü İ.Bağıyev, 1989-cü il təvəllüdlü Z.Muradov bədənin müxtəlif nahiyələrindən aldığı güllə yarası ilə xəstəxanaya daxil olub.

Bakı Şəhər Baş Polis İdarəsinin (BPİ) Cinayət Axtarış İdarəsi və Yasamal Rayon Polis İdarəsi Cinayət axtarış şöbəsi əməkdaşlarının birgə keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərilə ictimai təhlükəli əməli törətməkdə şübhəli bilinən 1983-cü il təvəllüdlü, əvvəllər məhkum olunan Tural Nağıyev tutularaq istintaqa təhvil verilib.

T.Nağıyev barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Mediapost.az

Yasamalda iki nəfəri güllələyən şəxs tutulub - FOTO

Hadisə zamanı güllələnmiş Zülfü Muradov

Xəbərlər departamenti

Gündəm