Yasamaldakı yanğın söndürüldü - <span>YENİLƏNİB</span>
22.04.2021 00:01 Cəmiyyət

Yasamaldakı yanğın söndürüldü - YENİLƏNİB

Bakı şəhəri, Yasamal rayonu, İbrahim Əbilov küçəsində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə FHN-dən bildirilib.

***

22:36

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, İbrahim Əbilov küçəsində sökülməkdə olan fərdi yaşayış evlərində yanğın olması barədə məlumat daxil olub.

"MediaPost" xəbər verir ki, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

Xəbərlər şöbəsi

Gündəm