Yaxın gələcəkdə neft və qızılın qiymətlərinə dair proqnoz verilib
24.04.2020 06:55 İqtisadiyyat

Yaxın gələcəkdə neft və qızılın qiymətlərinə dair proqnoz verilib

"MediaPost" xəbər verir ki, hesabatda, qızılın usiyasının qiymətinin bu il keçən illə müqayisədə 14,9% artacağı, 2021-ci ildə isə 0,6% azalacağı bildirilir.

Bu il 10% bahalaşan qızıl hazırda 1724 dollardan ticarət olunur. İlin əvvəlində qızıl 1587 dollardan ticarət olunurdu.

Hesabatda, əmtəə bazarlarına dair proqnozların qeyri-müəyyən olduğu və bu qeyri-müəyyənliyin epidemiyanın nə vaxt başa çatacağından asılı olduğu qeyd olunub.

Hesabatda, həmçinin neft qiymətlərinə də toxunulub. Bildirilib ki, neftin barrel qiymətinin bu il keçən illə müqayisədə 43% azalaraq orta hesabla 35 dollar səviyyəsində olacaq. Dünya Bankının hesabatında, xam neftin barrel qiymətinin 2021-ci ildə isə 20% artımla ortalama 42 dollara çatmasının gözlənildiyi bildirib.

Xəbərlər departamenti

Gündəm