“Yeddinci koğuştaki mucize” “Oskar” yolunda - VİDEO
Aras Bulut İynemlinin baş rolda oynadığı “Yeddinci koğuştaki mucize” filmi “Oskar” mükafatına namizədliyə namizəd seçilib.
“MediaPost” xəbər verir ki, ekran işi “Ən yaxşı Beynəlxalq Film” nominasiyası üzrə mübarizə aparacaq.
Film Türkiyənin ən çox gəlir gətirən layihələrindən biridir. “Yeddinci koğuştaki mucize” kinoteatrlarda 5 milyondan çox izlənmə ilə rekord qırıb. Daha sonra “Netflix” platformasına yerləşdirilib. Amerika və Fransada günlərdə ən çox baxılanlar sırasında 1-ci yerdə qərarlaşıb.
7 yaşlı Ovanın atası Memo əqli çatışmazlıqdan əziyyət çəkir. O, film zamanı qatil hesab olunub, edama məhkum edilir.