Yelena Sidorenko cəbhədəki həyat yoldaşından danışıb ağladı - VİDEO
14.10.2020 10:50 Şou-biznes Qarabağ Azərbaycandır

Yelena Sidorenko cəbhədəki həyat yoldaşından danışıb ağladı - VİDEO

Aparıcı Yelena Sidorenko “Xəzər” TV-də yayımlanan “Vaxtı gəldi” verilişində qonaq olub.

“MediaPost” xəbər verir ki, o, efirdə cəbhədə olan həyat yoldaşından danışaraq ağlayıb:

“Artıq bir neçə həftədir ki, hərbi formada olan istənilən adamı görəndə dayana bilmirəm. Ona görə ki, yoldaşım, hər kəsin qardaşı, atası, oğlu cəbhədədir. Ona görə yox ki, biz onlardan ötrü qorxuruq. Allah onları özü qoruyur. Allah kiməsə imkan verir ki, o, şəhidlik zirvəsinə ucalsın, bundan gözəl nə ola bilər?

 

Təbii ki, çətindir, darıxırıq, həssasıq. Qızım körpədir. Hər gün soruşur ki, atam hanı? Məni niyə qucağına almır? Qapını döyəndə eşidirəm qışqırır ki, atam gəlib. Atası da zəng edəndə onu soruşur. Onlar da bizdən nigarandılar. Yoldaşımla danışanda narahatlığımı ona bildirmirəm. Neçənci efirdir ki, çalışıram özümü saxlayım. Anlayıram ki, qayıdanda verilişləri görəcək. Deyəcək ki, sən niyə bu qədər pis idin və mənə demirdin? Deyirəm ki, hər şey yaxşıdır, biz güclüyük.

 

Hər gün danışırıq ki, evə qayıtmağa az qalıb. Allah bizə əminlik verir ki, tezliklə torpaqlarımızı alacağıq. Hamımız yalnız qürur hissi keçirəcəyik. Bu gün mənə nə xoş ki, cəbhədə olan birinin həyat yoldaşıyam. Hər gün dua edirəm. Bilirəm ki, minlərlə insan var. Sizin atalarınız, oğullarınızla fəxr edirəm. Ağlamayaq, sevinək. Həyatımızda bundan gözəl nə ola bilər? Nə gözəl ki, bu tarixi Azərbaycan oğulları yazır”.

 

Pərviz Hüseyn

Gündəm