"Yeni iqtisadi həyat tərzinə öyrəşməliyik" - Nazir
25.04.2020 15:25 Cəmiyyət

"Yeni iqtisadi həyat tərzinə öyrəşməliyik" - Nazir

"Ümid edirik ki, xüsusi karantin rejiminin yumşaldılması davamlı olacaq və karantindən çıxış rejiminə çevrilə biləcək".

"MediaPost"un məlumatına görə, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün keçirdiyi brifinqdə çıxışı zamanı deyib.

"Bizim başlıca mesajımız ondan ibarətdir ki, yeni sosial həyat tərzinə uyğunlaşaraq birmənalı şəkildə yeni iqtisadi həyat tərzinə və davranış qaydalarına da öyrəşməliyik. Bunun əsas səbəbi onunla bağlıdır ki, bu gün mövcud olan elmi məlumata görə, pandemiyanın müddətinin dəqiq proqnozlaşdırılması mümkün deyil. Sahibkarların və bizneslərin belə bir şəraitdə uğurlu olub-olmaması sahibkarların özlərinin yeni qaydaları başa düşmələri və tətbiq etmələrindən asılıdır", - nazir bildirib.

Xəbərlər departamenti

Gündəm