Yeni mövsüm üçün 100 min xərclədi
Bahalı libasları tez-tez gündəmə gələn türkiyəli ifaçı Hadisə apreldə başlayacaq “O səs Türkiyə” yarışmasının çəkilişləri üçün geyim seçməyə başlayıb.
“MediaPost” xəbər verir ki, o, ötən günlərdə modelyeri ilə məsləhətləşərək İtaliya və ABŞ-dan geyimlər sifariş verib.
35 yaşlı sənətçi yeni mövsüm libasları üçün 100 min lirə (təxminən, 23 min manat) xərcləyib.