Yeni müəssisələr açılır: "Aksiyada bacarıqlı və təcrübəli qadınların sayı artırılır"
17.12.2019 11:15 Fikirlər

Yeni müəssisələr açılır: "Aksiyada bacarıqlı və təcrübəli qadınların sayı artırılır"

Azərbaycanda sənaye istehsalı sahəsində kiçik müəssisələrin açılması planlaşdırılır. Yeni müəssisələrin açılması qadın sahibkarların iştirakı ilə sənayenin, kənd təsərrüfatının və digər sahələrin müxtəlif seqmentlərində 11 layihə çərçivəsində nəzərdə tutulub.

Hazırda bu istiqamətdə hansı maneələr var? Azərbaycanda bu kimi işlərdə gender bərabərliyi pozulurmu? Qadın sahibkarların belə fəaliyyətlərdə aktivliyinə nail olmaq üçün hansı stimulverici addımlar atılmalıdır?

Bu barədə Mediapost.az-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycanda kiçik sənayə müəssisələrinin açılmasının qarşısında duran əsas faktorlardan biri xammal məsələsidir:

Yeni müəssisələr açılır: Aksiyada bacarıqlı və təcrübəli qadınların sayı artırılır

“Sənaye sahəsində xammal çox önəmli olduğu üçün xüsusi diqqətdə saxlanılmalıdır. Lakin bununla paralel kooperasiya məsələsi də ciddi əhəmiyyət kəsb edir. Çünki kiçik müəssisələr çox zaman dünya praktikasında hər hansı böyük müəssisələrlə müqavilə bağlayaraq onların istehsalında istifadə olunan detalları çox zaman istehsal edərək bunun üzərində peşəkarlaşırlar. Təbi ki, burada vergi, gömrük qanunvericiliyi məsələsi var. Onların sənayeçilərə dəstəyinin daha da artırılması üçün müxtəlif addımların atılması, təşfiq proqramlarının qəbul olunması da önəmli məsələlərdəndir. Azərbaycanda böyük müəssisə olmalıdır ki, onların kiçik detallarını hazırlaya biləcək obyektlər yaransın və inkişaf etsin. Məsələn, Azərbaycanda avtomobil yığımı ilə bağlı bir neçə dəfə cəhd oldu amma onun detallarının Azərbaycanda hazırlanması üçün baza olmadı deyə hamısı uğursuzluqla nəticələndi”.

Ekspert sənaye sahəsində gender bərabərliyi məsələsinin həll olunmasının vacibliyini vurğulayıb:

“Bu da ölkəmiz üçün ciddi məsələlərdəndir. Xanım iş adamlarının sayının artırılması üçün müxtəlif pozitiv yanaşmaları özündə əks etdirən proqramlara ehtiyac var. Ola bilər, ilkin mərhələdə onlara daha böyük dəstəyin göstərilməsi üçün xüsusi proqramın qəbul edilməsi daha yaxşı olar”.

Yeni müəssisələr açılır: Aksiyada bacarıqlı və təcrübəli qadınların sayı artırılır

Mövzu ilə bağlı açıqlama verən Azərbaycan Qadın Sahibkarlar Assosiasiyasının rəhbəri Səkinə Babayeva bildirib ki, qadın istehsal müəssisələrinin yaranması dövlətin prioritet istiqamətidir:

“Son zamanlar ölkə prezidentinin tövsiyəsi ilə Ailə, Qadın, Uşaq Problemləri üzrə Komitə, İqtisadiyyat Nazirliyi və Milli Sahibkarlar Konfederasiyasının dəstəyi ilə yaradılan assosiasiyanın əsas məqsədi təcrübəli iş qadınlarını buraya cəlb etmək, təcrübələri digərləri ilə bölüşməkdir. Dövlət qurumları ilə yanaşı bir çox təşkilatlar da var ki, bizə öz dəstəyini göstərir. Bir çox müəssisələr pulsuz şəkildə qadınlara

Yeni müəssisələr açılır: Aksiyada bacarıqlı və təcrübəli qadınların sayı artırılır

treninqlərin keçərək onların birgə aktivliyinə nail olur. Regionlarda insanların tələbatlarını öyrənərək statistik məlumatlar toplanıldıqdan sonra yeni bir sahənin yaradılmasına çalışırlar. Aksiyanın əsas rolu bacarıqlı və təcrübəli qadınların sayının artırılmasıdır. Bu qadınların sayının çoxluğu mövcud olan xeyli problemlərin həll olunması deməkdir”.

S. Babayeva qeyd edib ki, kiçik sahibkarlıq müəssisələri yaranmamışdan öncə assosiasiyada biznes inqubatorlar fəaliyyət göstərib:

“Biznes inqubatorlarda isə əsas məqsəd təcrübə mübadiləsinin gücləndirilməsidir. Fəaliyyətimiz zamanı qadınlar tərəfindən uşaq bağçalarına diqqətin daha çox artdığını görürük. Qadınlardan gələn təkliflər əsasında qocalar və uşaq evinin birgə açılması nəzərdə tutulub. Bu da başlanğıc olaraq təqdirəlayiq addımdır. Onu da qeyd edim ki, son zamanlar Azərbaycanda uşaq oyuncaqları müəssisələrinin yoxluğunu müşahidə etmişik. Bu da gələcək nəsil uşaqlarının ekoloji oyuncaqlarla təminatında problem yarada bilər. Bunu aradan qaldırmaq üçün birinci beynəlxalq uşaq oyuncaqları sərgisinin yaradılması nəzərdə tutulub. Bununla bağlı birlik yaradılıb və bu birlik qadınların əl işlərinin uşaqlara yönəlik olduğunu görərək bununla bağlı kiçik istehsal müəssisələrinin təməlinin qoyulması planlaşdırılır. Eyni zamanda bizim qadınlar bir çox kənd təsərrüfatı sahəsində aktivdirlər. Bu səbəbdən Tovuzda, Gədəbəydə xam maya ilə istehsal olunan çörək sexləri açılıb”.

Assosiasiya rəhbəri gələcəkdə daha çox qadınların cəlb olunacağı istehsal müəssisələrinin də açılmasının nəzərdə tutulduğunu bildirib:

“Bununla yanaşı iri qadın müəssisələrinin açılmasında 12 layihə var və biz bunları dövlətə təqdim etmişik. Bu layihələr həyata keçəcəyi təqdirdə 1500 qadının işlə təmin olunmasını planlaşdırmışıq. Burada əsas məqsəd qadınların rifah halının yüksəldilməsi, kadr potensialının gücləndirilməsidir. Yaxın gələcəkdə qadın sahibkarlığını 32 faizdən 50 faizə qaldırmağı düşünürük. Qadınlarmız hər zaman gənc nəslin öyrədilməsi, onların layihələrinin yanında olmaq üçün təşəbbüslərlə aksiyamıza müraciət edirlər. Aksiya İqtisadiyyat Nazirliyi, Milli Sahibkarlar Konfederasiyası, Sosial Müdafiə Nazirliyi, Ailə Qadın, Uşaq Problemləri üzrə Komitə və bir çox donor təşkilatlarla bərabər bu layihələri həyata keçirir. Gələcək məqsədimiz ən azı 14 kiçik müəssisənin açılmasıdır. Bunun 6-sı kiçik sahibkarlar olacaq ki, onların kənd təsərrüfatı və xidmət sahəsində olması planlaşdırılır. Bu isə yaxın iki ilin planıdır. Bizim əsas məqsədimiz isə texnologiyanın rolunu artıraraq qadın əl əməyinin azaldılmasına öz töfhəmizi verməkdir”.

Xəbərlər departamenti

Gündəm