Yeni nazir kollektivə təqdim olundu
27.01.2021 12:10 Cəmiyyət

Yeni nazir kollektivə təqdim olundu

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev kollektivə təqdim olunub
Bu gün Azərbaycanın yeni nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev kollektivə təqdim edilib.

Bu barədə "MediaPost"a qurumun mətbuat xidmətindən bildiriblər. Rəşad Nəbiyevi kollektivə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov təqdim edib.

Qeyd edək ki, ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla Rəşad Nəbiyev nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsinə təyin olunub.

Xəbərlər şöbəsi

Gündəm