Yeni radio kanalının yaradılması ilə bağlı müsabiqə elan edilib
05.11.2019 14:53 Gündəm

Yeni radio kanalının yaradılması ilə bağlı müsabiqə elan edilib

Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.

Mediapost.az xəbər verir ki, bu barədə Şuradan məlumat verilib.

Bildirilib ki, iclasda yeni radio kanalının yaradılması məsələsi haqqında müzakirələr aparılıb.

Ümumrespublika radio kanalının açılması üçün Bakı və Abşeron ərazisində 102,0 MHz tezliyinə 12 noyabrdan 12 dekabradək müsabiqə elan olunması barədə qərar qəbul edilib.

Xəbərlər departamenti

Gündəm