Yeni Suraxanı qəsəbəsində yollarının təmirinə 7,8 milyon manat ayrılıb
09.12.2019 13:40 Rəsmi

Yeni Suraxanı qəsəbəsində yollarının təmirinə 7,8 milyon manat ayrılıb

Mediapost.az xəbər verir ki, sərəncama əsasən, Bakı şəhəri Suraxanı rayonunun on yeddi min səkkiz yüz nəfər əhali yaşadığı Yeni Suraxanı qəsəbəsinin daxili yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 7,8 milyon (yeddi milyon səkkiz yüz min) manat ayrılıb.

Xəbərlər departamenti

Gündəm