Yeni Vergi Məcəlləsinin qəbulu təklif olunur
04.05.2021 13:18 Siyasət

Yeni Vergi Məcəlləsinin qəbulu təklif olunur

Azərbaycanda yeni Vergi Məcəlləsinin qəbulu təklif edilir.

"MediaPost"un xəbərinə görə, bu təklifə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli çıxış edib.

O bildirib ki, yeni qanun layihəsi hamının başa düşəcəyi dildə yazılmalıdır.

Deputat həmçinin qeyd edib ki, bank faizlərinin dərəcələri yüksəkdir: "Hesab edirəm ki, bununla bağlı bank rəhbərləri ilə birlikdə dinləmə keçirilməlidir".

Xəbərlər departamenti

Gündəm