Yerə daha bir komet yaxınlaşır: "Yalnız bu insanlar görə bilər"
21.04.2020 13:21 Cəmiyyət

Yerə daha bir komet yaxınlaşır: "Yalnız bu insanlar görə bilər"

"MediaPost" AMEA-nın rəsmi saytına istinadən xəbər verir ki, “Comet C /2020 F8 (SWAN)” indeksini almış komet bu ilin aprel ayından gələn ilin mart ayına qədər olan dövrdə Günəş sistemindən keçəcək.

Kometin mayın 27-də Günəşə ən yaxın nöqtəyə çatacağı və onun yanından 64,4 milyon kilometr məsafədə keçəcəyi gözlənilir. Bundan iki həftə əvvəl, mayın 12-də isə komet Yer kürəsinin yaxınlığından, 83,3 milyon kilometr məsafədə keçəcək.

Kometi yalnız Yer kürəsinin Cənub yarımkürəsi sakinləri görə bilərlər.

Xatırladaq ki, aprelin 11-də Yer kürəsinə yaxınlaşması gözlənilən “Atlas” kometinin üç hissəyə parçalandığı müəyyənləşdi.

Xəbərlər departamenti

Gündəm