Yerevanda bir məktəbdə on şagird “donuz qripi”nə yoluxub
07.02.2020 12:13 Dünya

Yerevanda bir məktəbdə on şagird “donuz qripi”nə yoluxub

APA-nın news.am saytına istinadən verdiyi məlumata görə, A. Puşkin adına 8 nömrəli məktəbin direktoru Natalya Stepanyan bildirib ki, 10-dan artıq şagirddə A tip H1N1 (“donuz qripi”) virusu aşkarlanıb.

Direktor bunun son rəqəm olmadığının ehtimal edildiyini də deyib. Onun sözlərinə görə, heç də bütün valideynlər tibbi arayış gətirməyiblər.

Uşaqların dərsə davamiyyəti isə son günlər çox aşağı düşüb.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm