Yerevandakı aksiyalarda parlamentə girən gəncin meyiti tapılıb
14.11.2020 13:23 Dünya

Yerevandakı aksiyalarda parlamentə girən gəncin meyiti tapılıb

Bir neçə gün öncə Ermənistanda aksiya zamanı Yerevan parlamentində siqaret çəkərkən görüntüləri yayılan gəncin meyiti tapılıb.

"MediaPost" erməni mətbuatına istinadən xəbər verir ki, dünən gecə yarısı Yerevandakı Hrazdan körpüsünün altında bir gəncin cəsədi aşkar olunub.

Araşdırmadan sonra ölən şəxsin bir neçə gün öncə parlamentdə siqaret çəkərkən fotoları yayılan gənc olduğu ortaya çıxıb.

Ölən şəxsin yaxınları bunu yerli hakimiyyətdə olanların qisası kimi qiymətləndirir.

Xəbərlər şöbəsi

Gündəm