Yerli serial ssenariləri... - Niyə oxşar səhnələr yazılır?
04.11.2023 16:50 Mədəniyyət

Yerli serial ssenariləri... - Niyə oxşar səhnələr yazılır?

Artıq bir neçə ildir ki, yerli seriallarımız çəkilir. Bunun gözəl hal olduğunu deyirik və keyfiyyətinin yaxşılaşacağına ildən ilə ümidlərimiz daha da artır. Di gəl ki, serialların ssenarilərinin daha maraqlı ola biləcəyi halda, nə üçün xarici ssenarilərə müraciət edildiyi, yazarlarımızın əsərlərinin isə rəflərdə qaldığı kimi fikirlərin ardı-arası kəsilmir. Kinoşünaslar, yazarlar daha maraqlı mövzularla serial bazarında öz məhsulumuzu istehsal edə biləcəyimizi deyirlər. 

Ssenarist Pərviz Məmmədov MediaPost-a açıqlamasında bildirib ki, ssenarilərin primitiv olması ssenaridə struktur və qaydaların olmadığına görədir:

alt text

“Bəzən müəllif zaman azlığından işlədiyi mövzunu və həmin janrda olan filmləri kifayət qədər araşdırmır, bazarda artıq nələrin olduğundan məlumatsız olur. Nəticədə filmlər bir-birinə bənzəyir. Ssenarilərin primitiv olması ssenaridə struktur və qaydaların olmadığına görədir. Ssenarilər struktur və qaydalara görə işlənsə, hətta eyni mövzunu müxtəlif müəlliflər fərqli və maraqlı təqdim edə bilərlər. Bu cür ssenarilər ssenari qaydaları nəzərə alınmadan yazılır. Səhnənin strukturu, bədii həlli nəzərə alınmır. Yeni bir həll variantı axtarılmır. Ağıla öncə nə gəlirsə, o da yazılır. Sonluq isə həmin səhnələrin gətirib çıxardığı nəticədir. Süjetdə gözlənilməzlik olmadığından sonluq da digər səhnələrdən heç nə ilə fərqlənmir”.

Fidan Ramazan

Gündəm