Yerli sığorta şirkəti kapitalını artırır
11.08.2020 13:20 İqtisadiyyat

Yerli sığorta şirkəti kapitalını artırır

“Günay Sığorta” şirkəti nizamnamə kapitalını artırır.

Sığorta şirkətindən "MediaPost”a verilən məlumata görə, bununla bağlı qərar iyun ayının 8-də səhmdarların ümumi yığıncağında verilib.  Şirkətin nizamnamə kapitalı yarım milyon manat artırılaraq 8,2 milyon manata çatdırılacaq. 

Qeyd edək ki, hazırda şirkətin nizamnamə kapitalı 7,7 milyon manat təşkil edir.

Rahim Tarıverdiyev / “MediaPost” 

Xəbərlər şöbəsi

Gündəm