Yol buz bağladı, avtomobillər toqquşdu
24.02.2021 00:45 Gündəm

Yol buz bağladı, avtomobillər toqquşdu

Bakının Binəqədi rayonunda zəncirvari yol qəzası baş verib.

"MediaPost" APA-a istinadən xəbər verir ki, hadisə DSK yolu kimi tanınan ərazidə qeydə alınıb.

Yolun buz bağlaması 4 avtomobilin toqquşmasına səbəb olub. Nəticədə 7 nəfər xəsarət alıb. Yaralılar 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Onlardan birinin vəziyyəti ağırdır.

Xəbərlər şöbəsi

Gündəm