Yol polisindən piyadalara müraciət: İşıqqaytarıcı elementlər olan əşyalardan istifadə edin - VİDEO
07.01.2020 08:42 Cəmiyyət

Yol polisindən piyadalara müraciət: İşıqqaytarıcı elementlər olan əşyalardan istifadə edin - VİDEO

“MediaPost”un xəbərinə görə, idarənin qadın əməkdaşının müraciətində bildirilib ki, maarifləndirmə yolu ilə piyadaları və sürücüləri bədbəxt və xoşagəlməz hadisələrdən qorumaq yol polisinin əsas funksional vəzifələrindən biridir.

Bir daha piyadaların diqqətinə bir sıra vacib tövsiyələr çatdırılıb: "İlk növbədə piyadalar yolu keçərkən diqqətli olmalı, yalnız müəyyən olunan keçidlərdən istifadə etməlidirlər. Günün qaranlıq vaxtı, eləcə də məhdudiyyətli görünmə şəraitində üzərində işıqqaytarıcı elementlər olan əşyalardan istifadə etmək tövsiyə olunur.

Digər aktual olan məsələ piyadalar ictimai nəqliyyat vasitələri üçün nəzərdə tutulan dayanacaqlarda olarkən yolun hərəkət hissəsinə çıxmaqla həm avtomobillərin normal hərəkəti üçün maneə yaratmış, həm də öz həyatlarını riskə atmış olurlar.

Hörmətli piyadalar, yol hərəkəti zamanı diqqətli olmalı və bu prosesdə fərdi məsuliyyət hissini unutmamağı xahiş edirik".

“MediaPost”


Xəbərlər departamenti

Gündəm