Yunanıstan qırıcıları Türkiyə gəmisinə hücum edib
Yunanıstanın Hərbi Hava Qüvvələrinə məxsus 4 “F-16” qırıcı təyyarəsi Egey dənizinin şimalında beynəlxalq sularda hidroqrafik sahədə elmi və texniki araşdırmalar aparan Türkiyənin “Çeşmə” gəmisinə hücum edib.
"MediaPost" “Hurriyet”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Türkiyə Milli Müdafiə naziri Hulusi Akar məsələ ilə bağlı açıqlamasında "Yunanıstanın bu hərəkətinə cavab verildi", - deyə qeyd edib.
Bildirilib ki, Türkiyəyə məxsus gəmi martın 2-dək Egey dənizinin şimalında elmi və texniki araşdırmalar aparacaq.