Yunanıstan Türkiyə ilə mübahisənin həlli üçün Haaqa Məhkəməsini təklif edir
29.12.2019 16:45 Xarici siyasət

Yunanıstan Türkiyə ilə mübahisənin həlli üçün Haaqa Məhkəməsini təklif edir

“MediaPost” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Yunanıstanın baş naziri Kiriakos Miçotakis “Fikir ayrılıqlarını aradan qaldıra bilməsək, mübahisəni həll etmək üçün Haaqa Beynəlxalq Ədalət Məhkəməsinə müraciət etməliyik”, – deyə söyləyib.

Ötən ay Ankara Tripoli ilə Aralıq dənizində Türkiyənin cənub sahillərindən Liviyanın şimal-şərq sahillərinədək uzanan bölgədə azad iqtisadi zona yaradılması ilə bağlı müqavilə imzalayıb. Türkiyə ilə uzun müddətdir ki, dəniz və ərazi mübahisələri yaşayan Yunanıstan və Kipr isə razılaşmanın etibarsız olduğunu və beynəlxalq dəniz hüququnu pozduğunu söyləyir.

Xatırladaq ki, Kipr hökuməti ilə diplomatik əlaqələri olmayan Türkiyə rəsmi Nikosiyanın fəaliyyət göstərdiyi bəzi bölgələrin ya Türkiyənin qitə şelfində olduğunu, ya da tanınmamış Şimali Kipr Türk Respublikasının haqqı olduğunu söyləyir.

Coşqun Əli

Xəbərlər departamenti

Gündəm