Yunanıstanda sel fəlakəti: Ölənlər və itkin düşənlər var
10.08.2020 10:14 Gündəm Dünya

Yunanıstanda sel fəlakəti: Ölənlər və itkin düşənlər var

Yunanıstanın Evia və Psaçna bölgələrində gecə saatlarında başlayan şiddətli yağışlar fəlakətə yol açıb.

“MediaPost” xəbər verir ki, səhər saatlarına qədər davam edən yağış nəticəsində aralarında 18 aylıq uşaq olmaqla 5 nəfər həyatını itirib, 12 nəfər itkin düşüb. Verilən məlumata görə, bir düşərgədə olan 30 nəfərlə əlaqə kəsilib.

Qeyd edilib ki, dağlardan gələn sel suları yüzlərlə ev və iş yerlərini su altında qoyub. Seldən sonra iki rayon və 12 kəndin olduğu bölgə “fəlakət bölgəsi” elan edilib.

Bununla yanaşı, Messapio çayının daşması nəticəsində Artaki və Kastella bölgələrinə gedən magistral yol bağlanıb, körpülər dağılıb.

Mülki Müdafiə naziri müavini Nikos Hardalias məsələ ilə bağlı açıqlama verərək “hər şey birdən-birə oldu. Şiddətli yağış və sel anidən gəldi. Bütün şikayətləri yoxlayıb, hər kəsin köməyinə çatacağıq” deyib.

Baş nazir Kirakos Mitsotakis ölənlərin ailələrinə baş verib.

Anara Mikayılova

img
img

Xəbərlər şöbəsi

Gündəm