Yusuf Lavalın Portuqaliya klubuna keçidi rəsmiləşib
28.01.2023 17:08 İdman

Yusuf Lavalın Portuqaliya klubuna keçidi rəsmiləşib

"Neftçi"dən ayrılan nigeriyalı futbolçu Yusuf Lavalın Portuqaliyanın "Arouka" klubuna keçidi rəsmiləşib.

MediaPost yerli mətbuata istinadən xəbər verir ki, bu gün səhər saatlarında sözügedən ölkəyə yollanan 25 yaşlı hücumameylli yarımmüdafiəçi 3,5 illik müqaviləyə imza atıb.

Rəsmi açıqlamanın yaxın saatlarda veriləcəyi bildirilib. O, yeni komandasında 7 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Yusuf Laval "Neftçi"yə 2020-ci ilin yayında Belçika "Lokeren"indən keçib.

Xəbərlər departamenti

Gündəm