Zakir Həsənov Gürcüstan parlamentinin sədri ilə görüşüb
21.01.2020 14:12 Hərbi

Zakir Həsənov Gürcüstan parlamentinin sədri ilə görüşüb

“Report”un yerli bürosu xəbər verir ki, görüşdə iki ölkənin strateji tərəfdaşlıq münasibətlərinə malik olduğu vurğulanıb.

A.Talakvadze Gürcüstanın Azərbaycanla sıx münasibətlərinin olduğunu deyib. Spiker Azərbaycanla münasibətlərin bundan sonra daha da inkişaf edəcəyinə əminlik ifadə edib.

Z.Həsənov səmimi qəbula görə minnətdarlığını ifadə edib.

Tərəflər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdə Gürcüstan parlamentinin azərbaycanlı deputatları da iştirak ediblər.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm