Zakir Həsənov tapşırıq verdi
02.03.2020 14:54 Hərbi

Zakir Həsənov tapşırıq verdi

Genişmiqyaslı komanda-qərargah təlimlərinə rəhbərlik edən Müdafiə naziri, general-polkovnik Zakir Həsənov qoşun növlərinin komandanları, birlik komandirləri və müvafiq vəzifəli şəxslərin ümumqoşun əməliyyatlarının aparılması zamanı fəaliyyətlərin təşkili üzrə qəbul edilən qərarlara dair məruzələri dinləyib.

Bu barədə "MediaPost"a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Müdafiə naziri təlimdə iştirak edən qoşunların idarə olunması üzrə müvafiq tapşırıqlar verib.

Xəbərlər departamenti

Gündəm