Zaqatalada evdən 10 min manatlıq qızıl oğurlanıb
03.03.2020 07:13 Kriminal

Zaqatalada evdən 10 min manatlıq qızıl oğurlanıb

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan “MediaPost”a -ya verilən məlumata görə, daxil olmuş müraciətlə əlaqədar şöbə əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Zərərçəkmişə məxsus evdən 10 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığı müəyyən edilib.

Zaqatala Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən “isti izlər”lə və peşəkarlıqla həyata keçirilən istintaq - əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən 2 nəfər, zərərçəkmişin həmkəndliləri-əvvəllər də eyni əmələ görə dəfələrlə məhkum olunmuş 24 yaşlı Elxan Canımov və 20 yaşlı Seymur Mahmudov saxlanılıb. Araşdırma zamanı məlum olub ki, onlar əvvəlcədən əlbir olub həmin evdən oğurluq etməyi planlaşdırıblar. Oğurlanan qızıl-zinət əşyaları onlardan maddi sübut kimi götürülüb.

Faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Əcəmi Əcədulla

Xəbərlər departamenti

Gündəm