Zaqatalada keçmiş məhkum evdən 5 min manatlıq qızıl oğurlayıb
14.04.2020 08:35 Kriminal

Zaqatalada keçmiş məhkum evdən 5 min manatlıq qızıl oğurlayıb

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan "MediaPost"a verilən məlumata görə, daxil olan müraciətlə əlaqədar şöbə əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib.

Zərərçəkmişə məxsus evdən 5 000 manat dəyərində qızılların oğurlanması müəyyən edilib.

Zaqatala RPŞ əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə dəfələrlə məhkum olunmuş, zərərçəkmişin həmkəndlisi 22 yaşlı Əhməd Məmmədov şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbərlər departamenti

Gündəm