Zelenski danışıqlar üçün Putinə müraciət etdi
12.04.2021 13:28 Dünya

Zelenski danışıqlar üçün Putinə müraciət etdi

Ukrayna Prezidenti Vladimir Zelenski Donbassda və Rusiya ilə sərhəddəki vəziyyətlə bağlı danışıqlar üçün Rusiya Prezidenti Vladimir Putinə müraciət göndərib.

"MediaPost" xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin mətbuat katibi Yuriy Mendel açıqlama verib. O, müraciətin hələ ki, cavablandırılmadığını qeyd edib.

Mendel sorğunun nə vaxt göndərildiyi açıqlamayıb.

“Prezident Administrasiyası, əlbəttə ki, Vladimir Putinlə danışıqlar üçün müraciət edib. Hələ bir cavab almamışıq, ancaq ümid edirik ki, bu, dialoqdan imtina deyil”,- deyə o qeyd edib.

Ukrayna Xarici İşlər Nazirliyi də Rusiya qoşunlarının Ukrayna ilə sərhəddə cəmləşməsinin izah edilməsi məqsədilə Moskvaya sorğu göndərdiyini açıqlayıb.

“Təəssüf ki, Rusiya tərəfi bu cür fəaliyyət göstərmədiyini bildirərək tələbə uyğun əsaslı məlumat verməkdən imtina edib. Bununla yanaşı Rusiya tərəfi Ukraynanın təhlükəsizliyin artırılmasına yönəlmiş məsləhətləşmələrə cəlb etmək cəhdlərinə də məhəl qoymayıb. Rusiya nümayəndə heyəti Ukraynanın aprelin 10-da ATƏT-in digər dövlətlərinin iştirakı ilə  keçirdiyi görüşü də boykot edib”,- deyə Ukrayna XİN-in açıqlamasında qeyd olunub.Qafqazinfo

Xəbərlər şöbəsi

Gündəm