Zelenski: "Əgər fəlakət zonasında beynəlxalq təşkilat yoxdursa, deməli, o, ümumiyyətlə, yoxdur"
08.06.2023 01:50 Dünya

Zelenski: "Əgər fəlakət zonasında beynəlxalq təşkilat yoxdursa, deməli, o, ümumiyyətlə, yoxdur"

Ukrayna Prezidenti Vladimir Zelenski Xerson vilayətinin işğal olunmuş hissəsində ukraynalılara yardımın göstərilməsi ilə bağlı fəlakətli vəziyyətdən danışıb və beynəlxalq təşkilatları xilasetmə əməliyyatına qoşulmağa çağırıb.

MediaPost UNİAN-a istinadən xəbər verir ki, bu barədə o, öz videomüraciətində bildirib.

"Bu gün bütün gün Rusiyanın Kaxovska SES-də törətdiyi terror aktının nəticələrinə maksimum diqqət yetirilir. Bizim nəzarətimizdə olan ərazidə onlarla yaşayış məntəqəsi su altında qalıb. Evakuasiya davam edir. Rusiya nə olursa olsun zərbələr endirməkdə davam edir”, - deyə prezident vurğulayıb.

Xəbərlər departamenti

Gündəm