Zelenski hərbçilərlə müşavirə keçirib
27.05.2023 00:01 Dünya

Zelenski hərbçilərlə müşavirə keçirib

Ukrayna Prezidenti Vladimir Zelenski Ali Baş Komandanın qərargahının növbəti iclasını keçirib.

"MediaPost"un məlumatına görə, bu barədə Ukraynanın “Klymenko Time” nəşri özünün Telegram-kanalında yazıb.

Məlumata görə, Qərargah iştirakçıları Ukrayna Silahlı Qüvvələrinin texnika ilə təchiz olunma tempini ətraflı nəzərdən keçiriblər. Bundan əlavə, onlar çatışmayan döyüş sursatlarının yerli istehsalının artırılması perspektivlərini təhlil ediblər.

Xəbərlər departamenti

Gündəm