Zelenski xəstəxanaya yerləşdirilib
12.11.2020 11:39 Dünya

Zelenski xəstəxanaya yerləşdirilib

Bu həftənin əvvəlində COVID-19 test nəticəsinin müsbət olduğunu açıqlayan Ukrayna prezidenti Vladimir Zelenski xəstəxanaya yerləşdirilib.

"MediaPost" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə prezident administrasiyası rəsmisi məlumat yayıb. 

Xatırladaq ki, koronavirusa yoluxduğunu "Telegram" hesabında paylaşan Zelenski bütün tədbirlərə rəğmən test nəticəsinin müsbət çıxdığını söyləmişdi: "Çox insan koronavirusdan sağalır. Mən də sağalacağam. Hər şey yaxşı olacaq".

Anara Mikail

Gündəm