Zelenskinin cəzalandırılması ilə bağlı iş Konstitusiya Məhkəməsinə göndərilib
11.11.2020 14:02 Dünya

Zelenskinin cəzalandırılması ilə bağlı iş Konstitusiya Məhkəməsinə göndərilib

Ukrayna Konstitusiya Məhkəməsi ölkə prezidenti Vladimir Zelenskinin koronavirus pandemiyası zamanı müəyyən edilmiş karantin qaydalarını pozduğu üçün inzibati məsuliyyətə cəlb edilməsinin qanuniliyini nəzərdən keçirəcək.

"MediaPost" xəbər verir ki, Ukrayna Konstitusiya Məhkəməsi birinci Senatının hakimlər kollegiyasının 22 oktyabr 2020-ci il tarixli qərarı çərçivəsində məsələ ilə bağlı iddia qaldırılıb. 

Açıqlamada bildiirlib ki, Ukrayna prezidenti, kabinetinin rəhbəri Andrey Yermak və baş dövlət sanitar həkimi Viktor Lyaşko 10 iyunda Xmelnytski bölgəsinə səfər zamanı karantin qadağalarının tətbiq olunduğu bir vaxtda kafeyə gedib. Karantin məhdudiyyətlərini pozduğuna görə kafe sahibinə və ziyarətçilərə qarşı inzibati protokollar artıq tərtib edilib. Zelenskidən başqa hər kəs 17 min qrivna (600 dollardan çox) cərimə ödəməli olub.

Qeyd edilib ki, Zelenskinin karantin məhdudiyyətlərini pozması işi əvvəlcə Xmelnytsky Şəhər Məhkəməsinə təqdim edilib. Ancaq dövlət başçısının toxunulmazlıq hüququndan istifadə etməsi səbəbilə iş Ali Məhkəməyə, oradan da prezidentin karantin qaydalarını pozduğu üçün inzibati məsuliyyətə cəlb edilməsi ehtimalı ilə bağlı qaydanın rəsmi izahı üçün Konstitusiya Məhkəməsinə göndərilib.

Anara Mikail

Gündəm