“Zenit”in futbolçusu Azərbaycana qarşı oynamayacaq
17.11.2019 11:10 Gündəm

“Zenit”in futbolçusu Azərbaycana qarşı oynamayacaq

AVRO-2020-nin son turunda Azərbaycanla qarşılaşacaq Slovakiya itki ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, Rusiya “Zenit”ində çıxış edən Robert Mak noyabrın 19-da Trnavada keçiriləcək oyunda iştirak edə bilməyəcək.

Buna səbəb 28 yaşlı yarımmüdafiəçinin cəzalı duruma düşməsidir. R.Mak IX turun Xorvatiya ilə dünənki oyununda qırmızı vərəqə alıb.

Komandasının 1:3 hesabı ilə uduzduğu səfər matçının 66-cı dəqiqəsində ikinci sarı vərəqə üzündən meydanı tərk edən orta sahə oyunçusu üçün seçmə mərhələ başa çatıb.

Mediapost.az

Xəbərlər departamenti

Gündəm