“Zenit” mövsümdə 3-cü titulunu qazanıb
07.08.2020 21:02 Futbol İdman

“Zenit” mövsümdə 3-cü titulunu qazanıb

Rusiya Superkubokunun qalibi müəyyənləşib.

“MediaPost” xəbər verir ki, Moskvadakı “VOB Arena”da baş tutan matçda çempion və kubokun qalibi olan “Zenit” Premyer Liqanın gümüş mükafatçısı “Lokomotiv”i sınağa çəkib.

Sankt-Peterburq təmsilçisi bu görüşdə də qalib gəlib – 2:1. Mövsümdə 3-cü titulunu qazanan “Zenit” “tripl”ə imza atıb.

8-ci dəfə Superkubokda oynayan sankt-peterburqlular 2008, 2011, 2015 və 2016-cı illərdə olduğu kimi mükafata yiyələnərək yarışın 5 qat qalibi olub. “Lokomotiv” isə 8-ci cəhdində 5-ci məğlubiyyətini alıb.

Rusiya Superkuboku
7 avqust
“Zenit” – “Lokomotiv” – 2:1
Dzyuba, 14, Ozdoyev, 69 – Çorluka, 77

Xəbərlər şöbəsi

Gündəm