Zərgərlik sahəsində islahatların aparılması təklif olunur
18.02.2020 08:49 İqtisadiyyat

Zərgərlik sahəsində islahatların aparılması təklif olunur

"MediaPost" "Report"a istinadən xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib.

O vurğulayıb ki, xaricdə zərgərlik sahəsində fəaliyyət göstərən sahibkarların vətənə qaytarılması ölkədə ənənəvi istehsal bazarının yaradılmasına, regionda zərgərlik sahəsində bazar şəbəkəsinin yenidən formalaşmasına səbəb olar.

“Zərgərlik sahəsində təşkilatamağa, aktiv ictimai birliyin yaradılmasına ciddi ehtiyac var. KOBİA qeydiyyat prosedurlarına dəstək məqsədilə həm Ədliyyə Nazirliyi ilə, həm də sahibkarlarla iş aparır”, - deyə o, O.Məmmədov qeyd edib.

Xəbərlər departamenti

Gündəm