Zərif Avropaya çağırış edib
16.02.2020 09:18 Dünya

Zərif Avropaya çağırış edib

APA-nın İRNA agentliyinə istinadən verdiyi məlumata görə, C. Zərif Avropanın İranın nüvə proqramı ilə bağlı Hərtərəfli Birgə Fəaliyyət Planı (HBFP) çərçivəsində öhdəliklərini yerinə yetirməyə qayıtmasının problemin yeganə həll yolu olduğunu bildirib.

İran XİN rəhbəri bu halda Tehranın da HBFP çərçivəsində öhdəliklərini yerinə yetirməkdən imtina etməsi prosesini dayandıracağını vurğulayıb: “Əgər Avropa İranın iqtisadi maraqlarını təmin edərsə, Tehran HBFP çərçivəsində öhdəliklərini yerinə yetirməyə hazırdır”.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm