Zığda sürüşmə zonasındakı evlər sökülür: 200 min manatlıq müqavilə
16.10.2020 12:02 İnfrastruktur

Zığda sürüşmə zonasındakı evlər sökülür: 200 min manatlıq müqavilə

Suraxanı Rayon İcra Hakimiyyəti Zığ qəsəbəsi sürüşmə sahəsində yerləşən 18 ədəd iki mərtəbəli və 38 ədəd bir mərtəbəli qəzalı fərdi yaşayış evlərinin söküntüsü və ərazinin təmizlənməsi işlərinin satın alınması məqsədi ilə elan etdiyi tenderə yekun vurub.

“MediaPost” xəbər verir ki, tenderin qalibi “May-Ak Inşaat”  MMC olub.

Qalib şirkətə 199 min 720,71 manat ödənəcək.

Könül Vəliyeva

Gündəm