"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 35%-dən çox azaldı
26.10.2020 18:04 Maliyyə

"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 35%-dən çox azaldı

Türkiyə kapitallı "Ziraat Bank Azərbaycan" 2020-ci ilin 3-cü rübünün maliyyə göstəricilərini açıqlayıb.

"MediaPost" bankın hesabatına istinadən xəbər verir ki, ilk 9 ayda bankın faiz gəlirləri 1,6% azalaraq 12,8 milyon manat, faiz xərcləri isə 29,2% azalaraq 4,5 milyon manat təşkil edib.  
İlk 9 ayda bankın qeyri-faiz gəlirləri 4,5 milyon manat, qeyri-faiz xərcləri isə 7 milyon manat təşkil edib. 

Ümumilikdə bank ilk 9 ayı 1,9 milyon manat xalis mənfəətlə başa vurub. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 35,5% azdır. Belə ki, ötən il bank 3 milyon manat xalis mənfəət əldə etmişdi. 

Oktaybr ayının 1-nə bankın aktivləri 280,4 milyon manat, xalis kredit portfeli 147,7 milyon manat olub. Cəmi öhdəliklər 13,7% artaraq 207,1 min manat təşkil edib. Bankın cəmi kapitalı isə 73 milyon 301 min manat olub.

Rahim Tarıverdiyev

Gündəm