"Zirə" əzmkar qələbə qazandı
26.09.2020 22:26 Futbol

"Zirə" əzmkar qələbə qazandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında IV turun daha bir oyunu keçirilib.

"MediaPost"
un məlumatına görə, turun üçüncü matçında "Keşlə" "Zirə"ni qəbul edib.

"ASK Arena"dakı qarşılaşma "Zirə"nin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə ilk qol 10-cu dəqiqədə vurulub. "Keşlə"nin heyətində Silvio Rodriqes fərqlənib. 21-ci dəqiqədə "Zirə" Klesio Baukun qolu sayəsində hesabı bərabərləşdirib.
İlk hissə bu hesabla başa çatıb. 54-cü dəqiqədə Dmitro Klots meydan sahiblərini yenidən hesabda önə keçirib. 68-ci dəqiqədə Klesio Bauk özünün və komandasının ikinci qoluna imza atıb. "Zirə"nin gürcüstanlı hücumçusu Davit Volkok 79-cu dəqiqədə penaltini dəqiq yerinə yetirib.
Bu nəticədən sonra xallarının sayını 7-ə yüksəldən "Zirə" 1-2-ci, 5 xalı olan "Keşlə" isə 5-6-cı yerləri bölüşdürür.

Qeyd edək ki, turun digər matçlarında "Qarabağ" "Sumqayıt"la heç-heçə edib - 2:2, "Səbail" "Sabah"a qalib gəlib - 2:1. Tura sentyabrın 27-də keçiriləcək "Neftçi" - "Qəbələ" oyunu ilə yekun vurulacaq.

Xəbərlər şöbəsi

Gündəm