“Zirə” xal itirdi, “Neftçi” qələbə qazandı
03.03.2021 23:19 Futbol

“Zirə” xal itirdi, “Neftçi” qələbə qazandı

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 18-ci tura yekun vurulub.

"MediaPost" xəbər verir ki, sonuncu oyun günündə də iki qarşılaşma baş tutub.

Əvvəlcə “Sumqayıt” doğma meydanda “Zirə” ilə üz-üzə gəlib. Tərəflər bu oyundan qolsuz bərabərliklə ayrılıblar.

Turun qapanış matçında isə lider “Neftçi” “Sabah”ı qəbul edib. Meydan sahibləri matçda qalib gələrək liderliyi davam etdiriblər.

Xatırladaq ki, ilk oyun günündə “Səbail” “Keşlə” ilə heç-heçə edib (1:1), “Qarabağ” isə “Qəbələ” ilə ev oyununda 3:0 hesablı darmadağına imza atıb.

Azərbaycan Premyer Liqası

18-ci tur

3 mart

"Sumqayıt" – "Zirə" - 0:0

"Neftçi" – "Sabah" - 2:1

Qollar: N.Ələsgərov, 34. M.Abbasov, 64 - T.Xəlilzadə, 90+3-pen.

Xəbərlər şöbəsi

Gündəm