Ziyafət Əsgərov: "Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına yol verə bilmərik"
12.11.2019 08:56 Qarabağ Azərbaycandır

Ziyafət Əsgərov: "Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına yol verə bilmərik"

"Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına yol verə bilmərik".

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

O qeyd edib ki, ermənilər özlərinə bir dövlət yaradıb, artıq ikincisini yaratmaq arzusundadırlar: "Azərbaycanın ərazisi daxilində Muxtar Respublika statusunda yarada bilərlər. Yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində onlara hansısa muxtariyyət verməkdən söhbət gedə bilər".

Mediapost.az

Xəbərlər departamenti

Gündəm